ELM VƏ TƏHSİL

Təhsil Problemləri İnstitutunda “Fəaliyyət Planı” müzakirə olundu

588

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar institutun şöbə müdirlərinin iştirakı ilə növbəti toplantı keçirilmişdir. Məqsəd Fəaliyyət Planının icrası üzrə Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planında göstərilmiş və ARTPİ-nin görəcəyi işlər barədə məlumat və təkliflərin hazırlanması idi.  İnstitutun direktoru Qulu Novruzov Tədbirlər Planı sənədində göstərilmiş  və birbaşa ARTPİ-nin iş fəaliyyətinə aid olan Strateji hədəflər, Fəaliyyət Planı üzrə institut tərəfindən görüləcək işlər, tədbirləri, icraçı struktur və bölmələri, irca müddəti, icraya cəlb olunan bölmələr barədə geniş məlumat verdi. Bildirdi ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planı sənədində göstərilmiş bəndlərin otuz birində ARTPİ bilavasitə icraçıdır. Qırx iki bəndində isə institutun icraya cəlb olunan qurumlar sırasında olduğunu bidirdi. İnstitutun aidiyyatı şöbələrinə sənəddə göstərilən müvafiq strateji hədəflərə uyğun olaraq tədbirlərin görülməsini, məlumat və təkliflərin hazırlanmasını tapşırdı.

ARTPİ tərəfindən keçiriləcək tədbirlərin planının hazırlanması ilə bağlı qeyd olunacaq mövzu və təkliflər ətrafında geniş müzakirələr aparıldı.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı