ELM VƏ TƏHSİL

Təhsil Problemləri İnstitutunda məktəb psixoloqlarına kurs keçirilib

496

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda Bakı şəhərinin Xətai, Nizami, Suraxanı   rayonlarının məktəb psixoloqları ilə “Təhsil sistemində psixoloji biliklərin tətbiqi” mövzusunda təlim kursu keçirilmişdir. Kursun gedişində məktəbdə psixoloji biliklərin təbliği, maarifləndirmə və profilaktika, təhsil prosesi iştirakçılarının diaqnostikası və korreksiyası, onlarla təşkil edilən psixoloji konsultasiyaların xüsusiyyətləri, konsiliumların təşkili qaydaları haqqında məlumatlar verilmiş, praktik yolları öyrədilmişdir.  Təlim kursları psixologiya və yaş fiziologiyası şöbəsinin elmlər doktoru proqramı üzrə əyani doktorantı, dosent Limunət Əmrahlı tərəfindən aparılmışdır.

Təlim müddətində məktəb psixoloqlarının təhsil sistemində aparılan kurikulum islahatlarına cəlb olunmalarına daha çox diqqət yetirilmişdir. Bu məqsədlə kurikulumun əsas məqsədi olan şagird şəxsiyətinın formalaşdırılması və  koqnitiv bacarıqların yaradılması prosesində məktəb psixoloqlarının üzərinə düşən vəzifələri aydınlaşdırmışdır.  Kursun gedişində müasir psixologiyanın ən aktual məsələləri, həmin məsələlərin tədris prosesi ilə əlaqələndirilməsi, insan şəxsiyyətinə koqnitiv və transpersonal yanaşmalar haqqında da mühüm məlumatlar verilmişdir. Hesab edirik ki, məktəb psixoloqları ilə aparılan bu tipli təlimlər  məktəb mühitinin psixolojiləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Limunət Əmrahlı tədbir zamanı bildirmişdir ki,  məktəb psixoloqlarının Təhsil Nazirliyinin köməyinə və dəstəyinə böyük ehtiyacı var: “ Xüsusilə, məktəb psixoloqların fəaliyyətini nizamlayan Əsasnamənin təsdiq edilməsi, bu əsasda hüquqi və təlimati sənədlərin işlənməsi,  müvafiq strukturların yaradılması  olduqca vacibdi.”

Kursun sonunda ARTPİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov kursu uğurla başa vuran iştirakçılara Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun sertifikatlarını təqdim etdi. Təqdimatda ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri. ARTPİ-nin psixologiya və yaş fiziologiyası şöbəsinin baş elmi işçisi, psixologiya üzrə elmlər doktoru, professor, Ramiz Əliyev, ARTPİ-nin beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrət, Təhsil Texnologiyaları Mərkəzinin müdiri Muxtar Həsənov və institutun  əməkdaşları iştirak edirdilər

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı