ELM VƏ TƏHSİL

Təhsil Problemləri İnstitutunun əməkdaşları Bakı-Moskva-Astana görüşündə

477

Beynəlxalq Mətbuat Mərkəzində RİA Novostinin akt zalında “Rus dili MDB ölkələrinin mədəniyyətlərarası dialoqunda “vasitəçi dil” kimi” mövzusunda  Moskva-Bakı-Astana videokörpü keçirilmişdir. Rusiyaya canlı olaraq yayınlanan dəyirmi masada ölkəmizi  Azərbaycan Respublikasının Təhsil Problemləri  İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin  müdiri, əməkdar müəllim Almaz Həsrət ekspert kimi təmsil edirdi.  Qulu Novruzovun rəhbərliyi ilə bu şöbə institutda yeni yaradılmışdır. Videokörpüdə  Bakıdan həmçinin institutun  böyük elmi işçisi, rus dilli mütəxəssis  Aidə Qasımova, ali və orta məktəbdə rus dilini tədris edən müəllimlər və mətbuat işçiləri iştirak edirdilər.

Videokörpü çərçivəsində rus dilli beynəlxalq təhsil və mədəniyyətlə bağlı layihələr təqdim olunmuşdu, onların reallaşdırılmasından söhbət açılmışdı. Tədbirin iştirakçıları MDB ölkələrində rus dilinin inteqrativ proseslərdə inkişafı potensialı ilə bağlı müzakirələr etdilər.   Bakı-Moskva-Astana  multimedialı videokörpü “Rus dili MDB ölkələrinin mədəniyyətlərarası dialoqunda “vasitəçi dil” kimi” mövzusunda keçirilən görüş Rusiya Federasiyasının Elm və Təhsil nazirliyinin dəstəyi ilə keçirilib.

Moskvadan videokörpüyə qatılanlar S. Baişev adına Universitetin (Almaniya) beynəlxalq laboratoriyasının rəhbəri Yekaterina Kudryavseva,  A.S. Puşkin adına Rus dili Dövlət İnstitutunun elmi fəaliyyətin idarə olunmasının rəisi Tatyana Kudoyarova,  “Müasir təhsil texnologiyaları mərkəzi”nin baş direktoru  Serqey Bulanov, Moskva Dövlət Regional Universitetinin müasir rus dili kafedrasının müdiri Pavel Lekant,  NİU VŞE metodik mərkəzin rəhbəri Aleksandr Serov,   A.S. Puşkin adına Rus dili Dövlət İnstitutunun professoru Nataliya Braqina, şair Dmitriy Makarov və rusiyada olan Azərbaycanlı diasporanın nümayəndələri, ali və orta məktəbdə çalışan rus dili müəllimləri, mətbuat nümayəndələri idi.

Astanadan jurnalistlər və tələbələr qoşulmuşdular.

“Müasir təhsil texnologiyalarının mərkəzi”nin baş direktoru Sergey Bulanov, dəyirmi masada çıxışında keçmiş Sovet İttifaqı ölkələrində rus dilinin rabitəli və  ən rahat vasitəçi dil olduğunu bildirdi.  O,  MDB-nin müəllimlərinin fəallığını daha çox təhsillə bağlı rusdilli web layihələrində gördüyü  üçün əminliklə rus dilinin asan vasitəçi dil olduğunu da xüsusi olaraq vurğuladı.  Qeyd etdi ki, dostluq artıq coğrafi deyil,  intellektual prinsiplərə əsaslanaraq yaranır.

Dəyirmi masada Bakıdan canlı yayım təşkil edildi. ARTPİ-nin şöbə müdiri, əməkdar müəllim Almaz Həsrət öncə tədbirə qatılanların hamısına Odlar Yurdundan salamlarını çatdırdı. Sonra 2005-ci ildən başlayaraq internet məkandan istifadə edərək orta məktəbdə çalışdığı dövrlərdə qoşulduğu rus dilli layihələrdən danışdı. Öz təcrübəsindən danışan Almaz xanımın çıxışı iştirakçıların böyük marağına səbəb oldu. Məlumat üçün bildirdi ki, hələ 2006-cı ildən qatıldığı yarışmaların ən uğurlusu “300 İntellektual məktəb” beynəlxalq müsabiqəsindəki fəaliyyəti idi. Bu müsabiqəyə müxtəlif xarici ölkələrdən qoşulmuşdular. Rəhbəri olduğu “VİbioKİ” komandası 30 adda layihənin 28-dən birinciliyi əldə etmişdir. Bu layihələrin hamısı rus dilində idi. “300 İntellektual məktəb”  internet müsabiqəsinin sonda qalibi Azərbaycan məktəbi oldu. Müsabiqəyə  5 nəfər  şagirdlə qatılan müəllimə sonda həmin uşaqların rus dilində sərbəst danışa bilmələrini də xüsusi olaraq vurğuladı. Almaz Həsrət bu qalibiyyətin əsas səbəbini  Azərbaycanlı şagirdlərinin biliklərinin yüksək səviyyədə başqa dildə-rus dilində ötürmələrinin əyani nümunəsi kimi göstərdi. “Bizim şagirdlər çox bacarıqlı və çox yaradıcıdırlar. Gərək şagirdlərimizin daxilində olan mükəmməl potensiallarını üzə çıxarmağı bacaraq. Bu bacarıqlardan biri də İKT və internetdən lazımi səviyyədə istifadə etmə bacarığıdır”-  deyərək Almaz xanım çıxışına davam etdi.

Sonra ARTPİ-nin böyük elmi işçisi Aidə Qasımova institutun direktrou Qulu Novruzovun rəhbərliyi ilə həyata keçirdikləri işlərdən danışdı. O, rus dili ilə bağlı satandartların hazırlanmasından, rus dilinin tədrisi və onun müasir metodikaları ilə bağlı geniş məlumat verdi. Videokörpü boyu  Moskva və Bakı mütəxəssiləri arasında maraqlı müzakirələr aparıldı. Sonda rus dilinin tədrisinin daha da mükəmməlləşdirilməsi üçün buna bənzər dəyirmi masaların sayının artmasına və daim birgə əməkdaşlıq çərçivəsində işlərinin görülməsinə qərara gəlindi.  Gələcəkdə MDB ölkələrində rus dilinin tədrisi ilə bağlı davamlı olaraq yeni  layihələrin hazırlanacağına, bu sahədə onların  reallaşdırılmasında birgə fəaliyyətlərindən məmnun olacaqlarını bildirdilər.

BMM-nın RİA NOVOSTİdə keçirilmiş Mockva -Bakı -Astana videokörpü  CBC TV kanalı və internetdə canlı yayımlanırdı.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı