ƏSAS SƏHİFƏ

“Tələbə Kuboku”nun qalibi müəyyənləşib

768

“Tələbə Kuboku”nun qalibi müəyyənləşib

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası, velosiped idmanının daha da populyarlaşması və kütləviliyi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğ olunması məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə layihəsi yekunlaşıb. Bu gün Veloparkda ADPU fakültələrarası “Tələbə Kuboku” yarışı keçirilib.

Komandaların tərkibi 4 nəfərdən (2 qız, 2 oğlan) ibarət olub. Estafet yarışında mübarizə aparan iştirakçılar velosiped və digər zəruri avadanlıqlarla təmin ediliblər. 16 komandanın iştirak etdiyi yarışın ilk mərhələsindən sonra ən yaxşı nəticə göstərən 4 kollektiv müəyyənləşib və onlar final yürüşündə çempionluq uğrunda mübarizə aparıblar. Yekunda “Kimya” fakültəsinin komandası finiş xəttinə birinci çatmaqla “Tələbə Kuboku” nun qalibi olub. 2-ci yeri “Tarix” fakültəsi, 3-cü yeri isə “Coğrafiya və ÇH” fakültəsinin komandası qazanıb.

İlk 3 yeri tutan komandalar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, kubok, medal və diplomla təltif ediliblər. Qeyd edək ki, Pedaqoji Universitetin tələbələri arasında keçirilən bu yarış pilot layihə idi və yaxın aylarda digər ali təhsil ocaqları arasında ümumrespublika “Tələbə Kuboku”nun təşkili də nəzərdə tutulur.

1526474_747435108645649_1507157014270258524_n 10303752_747435328645627_6626704729648255331_n 10610820_747434848645675_8816591314496133072_n 10734146_747435155312311_4618987915273342813_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı