ƏSAS SƏHİFƏ

Tələbələrə daha bir şad xəbər

385

Metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının (Bakı Dövlət Universiteti tərəfə) tuneli cari ilin dekabrında istifadəyə veriləcək.

Onun sözlərinə görə, artıq metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının (Bakı Dövlət Universiteti tərəfə) tunelində əsaslı tikinti tamamlama işləri başa çatıb və hazırda orada xırda kosmetik tikinti-tamamlama və abadlıq işləri gedir: “Bu işlər də noyabrın sonuna kimi başa çatacaq. Ümid edirəm ki, dekabrda metronun ikinci çıxışı dekabrda istifadəyə veriləcək.”

Metronun Elmlər Akademiyasının ikinci, dərinliyi 83 metr olan çıxışının tunelində tikinti işlərinin 2012-ci ilin avqustunda start verilib. Elmlər Akademiyası stansiyası birinci çıxışı ilə ikinci çıxışı arasındakı məsafə 64 metrdir. Tikinti işləri tunel və 4 yerüstü keçidlə tamamlanır. Keçidlərdən biri Bakı Dövlət Universitetinə, biri Zahid Xəlilov digər 2 keçid isə keçmiş Firudin Ağayev indiki Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. 4 istiqamətə yönələcək çıxış həm də piyadalar üçün ərazidə yeraltı keçid rolunu da oynacayaq. Sərnişinlər eskalator vasitəsi ilə ümumi otağa ordan isə keçid vasitəsi istədikləri küçələrə çixa biləcəklər. İkinci çıxışın tikilməsində əsas məqsəd bir çıxışdan ibarət olan Elmlər Akademiyası metrostansiyasından sərnişin sıxlığının qarşısını almaqdır. Belə ki, gün ərzində adiçəkilən stansiya 65 min sərnişini daşıyır. Bu isə fövqəladə hallar zamanı böyük fəlakətə səbəb ola bilər. Bu səbəbdənElmlər Akademiyası metrostansiyasının ikinci çıxışının tikilməsi qərara alınıb və tikinti üçün ərazidə olan çox saylı sahibkarlıq obyektləri sökülüb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı