ƏSAS SƏHİFƏ

“Tələbələrin 1-ci Hüquq Simpoziumu” keçiriləcək

967

“Tələbələrin 1-ci Hüquq Simpoziumu”

Hal-hazırda hüquqşünaslıq ixtisası üzrə təhsil alan Azad Məmmədlinin “Hüquqşünasların 1-ci Simpoziumu” adlı layihəsinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icrasına başlanacaqdır. Dialoq.info-ya verilən məlumata görə, layihə çərçivəsində 29 yaşına qədər olan hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclər cəlb ediləcəkdir. Simpozium Bakı şəhərində keçiriləcəkdir.

Layihə hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənc tələbələr arasında elmi fəaliyyətə təşviqin artırılması məqsədini güdür. Layihə respublikamızın ali təhsil müəssisələrində ali hüquq təhsili alan tələbələrin hüquqi tənqid və qanunvericiliyin təkmilləşdirilməsi mövzularında hazırlayacaqları çıxışlar üzrə müsabiqə formasında təşkil olunacaqdır. İştirakçılara və qaliblərə sertifikat və qiymətli hədiyyələr təqdim olunacaqdır. Layihənin ümumi cədvəli aşağıdakı kimi planlaşdırılır:
1. 01 fevral -01 mart 2015-ci il tarixi aralığında müraciətlərin qəbulu prossesi olacaqdır.
Müraciət üçün çıxış edəcəyiniz mövzu (ən azı 5 səhifə) ilə yanaşı aşağıdakı sənədlərin gətirilməsi vacibdir:
a) Şəxsiyyət vəsiqəsi;
b) Hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan tələbə olduğunu sübut edən sənəd (tələbə bileti, arayış və s.);
c) CV;
d) 2 ədəd fotoşəkil (3*4).
2. 01-07 mart tarixi aralığında müraciətlərin dəyərləndirilməsi və müsabiqədə iştirak etməyə haqq qazanmış çıxışların elan olunması.
3. 07-14 mart tarixi aralığında müsabiqə zamanı iştirakçıların çıxışlarını təkmilləşdirmək məqsədilə peşəkar hüquqşünaslarla görüş olacaqdır.
4. 15 mart 2015-ci il tarixində 1-ci mərhələ olacaqdır. Qeyd edək ki, 1-ci mərhələdə müxtəlif hüquq sahələri üzrə peşəkar olan hüquqşünaslardan ibarət münsiflər heyəti önündə çıxışlar baş tutacaqdır.
5. 15-20 mart aralığında 1-ci turun qaliblərinin elanı. Qeyd edək ki, 2-ci tura bütün iştirakçıların içindən ən yaxşı 10 iştirakçı seçiləcəkdir.
6. 20 mart-04 aprel tarixi aralığında 2-ci tur üçün yeni mövzuların seçilməsi və hazırlıq prossesi olacaqdır.
7. 05 aprel 2015-ci il tarixində 2-ci tur olacaqdır.
8. 06-10 aprel 2015-ci il tarixləri aralığında 2-ci mərhələdəki çıxışların nəticələri elan olunacaqdır. 2-ci mərhələdəki çıxışlar zamanı münsiflər heyəti tərəfindən 3 ən yaxşı iştirakçı finala çıxmağa haqq qazanacaqdır.
9. 10-25 aprel tarixi aralığında final mərhələsi üçün mövzu seçimi və çıxışların hazırlanması prosesi baş tutacaqdır.
10. 26 aprel 2015-ci il tarixində final mərhələsi olacaqdır.
11. 03 may 2015-ci il tarixində qaliblər elan olunacaq və yekun olaraq layihənin qapanış tədbiri keçiriləcəkdir.
Simpoziumun bir çox nəticələri olacaqdır. Ən əsası isə Respublikanın ali təhsil ocaqlarında təhsil alan hüquq fakültəsi tələbələrində hüquqi tənqid, məsələlərə hüquqi yanaşma, hüquq ictimaiyyətində və ədəbiyyatında səslənən fikirlərin müsbət və mənfi cəhətlərini aşkarlayıb ortaya çıxarma kimi qabiliyyətlərin formalaşdırılması və gücləndirilməsi olacaqdır.

Layihədə iştirak etmək istəyənlər aşağıdakı əlaqə vasitələrindən istifadə edərək iştiraklarını təsdiqləyə bilərlər:
Əlaqə vasitələri:

Ünvan: İstiqlaliyyət prospekti 57.
Veb səhifə: www.aynha.az

E-mail: [email protected]

Tel: +994-124975665

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı