ƏSAS SƏHİFƏ

“Təmiz Şəhər Bİznes Turu”

566

Young Business Factory və “Təmiz Şəhər” ASC birgə əməkdaşlığı ilə “Təmiz Şəhər Bİznes Turu”

Məlumat turları Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması Zavodlarında keçirilir. Turların keçirilməsində məqsəd uşaqların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək və az istifadə, təkrar istifadə, çeşidləmə sahəsində uşaqların biliklərini artırmaqdır.

İştirakçılar hər iki zavoda səfər zamanı zavodların fəaliyyəti haqqında idarəetmə otağında şüşə arxasından və onlayn-monitorlar vasitəsi ilə tullantıların çeşidlənməsi və utilizasiyası prosesləri, sonra da yandırılması prosesini müşahidə edə bilərlər, onlara tullantıların enerji əldə olunması prosesi haqqında məlumat veriləcəkdir. “Təmiz Şəhər” ASC-nin nümayəndələri tur iştirakçılarına həmçinin tullantıların çeşidlənməsinin faydaları, sonrakı mərhələdə isə tullantıların təkrar emalı və zərərsizləşdirilməsi prosesini ətraflı izah edəcəklər.

Keçiriləcək tarix: 15 May / Saat : 10:00

Təlim ödənişsizdir.

Qeydiyyatdan keçmək mütləqdir.Seçilən şəxslərlə əlaqə saxlanılacaq.

Online Qeydiyyat Linki: http://bit.ly/1wLgcEw

Qeyd: Seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.
Yalnız 25-30 nəfər iştirak edəcək.

Ünvan: Caspian Plaza III korpus, 14-cü mərtəbə.

Məlumat və rezerv üçün əlaqə nömrələri:
Tel: (012) 492 36 67
Mob: (050) 559 49 32
Email: [email protected]

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı