ELM VƏ TƏHSİL

Təqvim planının növbəti mərhələsi başladı

601

“2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı”nın növbəti mərhələsi başladı. 01.04.2015-15.04.2015-ci il aralığını əhatə edən bu mərhələ ümumtəhsil məktəblərində təhsil alan buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən əvvəlki tədris ilinin illik qiymətlərinin sinif rəhbərləri tərəfindən yoxlanmasını, zəruri hallarda məlumatlara təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən müvafiq əlavə və düzəlişlərin edilməsini əhatə edir.

Diqqət! Ümumtəhsil məktəbləri əlaqələndiricilərinin nəzərinə çatdırırıq ki, “Şagird-məzun” sisteminə daxil edilməmiş məlumatların 15.04.2015-ci il tarixədək əlavə edilərək təsdiqlənməsini təmin etsinlər.

 

Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~20J9F
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı