DÜNYA 2020.10.12 08:40

Tacikistanda prezident seçkilərində səsvermə başa çatıb

32

Tacikistanda prezident seçkilərində səsvermə başa çatıb. Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, ölkədə seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Tacikistanın Seçki və Referendumlar üzrə Mərkəzi Komissiyasından bildirilib ki, respublikada səslərin sayılmasına başlanıb.

Qeyd edək ki, prezident seçkiləri çərçivəsində Tacikistanda 3 375 seçki məntəqəsi açılıb, daha 29 məntəqə xarici ölkələrdə təşkil edilib. Səsvermənin ilkin nəticələrini MSK oktyabrın 12-si keçiriləcək brifinqdə açıqlayacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı