Tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirli ilə görüş

Azərbaycan Yazıçılar Birliyində gənc yazıçı və şairlərin tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirli ilə görüşü təşkil olunub.

Fevralın 17-də baş tutan görüşdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

Kamran Nəzirlinin yaradıcılığına nəzər salan natiq deyib ki, o, bir çox publisistik yazıları, hekayələri və tərcümələri ilə mütəmadi olaraq dövri mətbuatda çıxış edir, əsərləri müxtəlif ölkələrin almanax və jurnallarında çap olunur.

Vurğulanıb ki, yaradıcılığa “Ana laylası” şeiri ilə başlayan yazıçı “Sevgi nağılı”, “Doğmalar arasında”, “Cəmiyyət siyasətin güzgüsüdür”, “Şeytan işığı”, “Qoca uşaq”, “Araz ömrünün axarı”, “Nənə, mənə atamdan danış”, “Komada olan adam” və başqa kitabların müəllifidir. Ədibin yaradıcılığının gənc nəsillərin mənəvi tərbiyəsində böyük rol oynadığına toxunan R.Məcid gənc yazarların belə yazıçılarımızdan çox şey əxz etmələrinin önəmini qeyd edib.

Kamran Nəzirli gənclərlə söhbətində müasir ədəbiyyatın problemləri və gənc yazarların üzərinə düşən öhdəliklərdən danışıb. O, gənclərin şeirlərini dinləyərək öz tövsiyələrini verib.

Görüşdə gənc yazarların sualları cavablandırılıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here