ƏDƏBİYYAT 2020.02.25 09:44

Tanınmış gənc yazarın yeni kitabı çıxdı: “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi”

221

“Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi” kitabı nəşr olundu. Kitabda ümumbəşəri problemlərdən biri olan ekoböhranın yaranma səbəbləri, dini dəyərlərin problemə münasibəti və ətraf mühitin mühafizəsində dini dəyərlərin rolu, Azərbaycan ədəbiyyatı klassiklərin öz əsərlərində təbiət sevgisi nümunələri və qorunmasına münasibəti, müasir Azərbaycanda ətraf mühitin qorunması istiqamətində atılan adımlar yer almışdır.

Əli Rzazadə birlik.az saytına kitab haqda bunları dedi: ““Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi” adlı kitabımızda ekoloji böhranın meydana gəlməsi, ətraf mühitin mühafizəsinin vacibliyi və təbiətdən düzgün istifadə məsələlərinə dəyərlərimizin münasibəti yer almışdır. Əminliklə qeyd edə bilərik ki, ekoloji böhranın meydana gəlməsinin başlıca səbəbi cəmiyyətdə baş verən mənəvi böhrandır.
Kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çap edilmişdir. Fondun rəhbərliyinə və bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Kitabın redaktoru Gülnarə Sadiq, məsləhətçisi ekoloq-ekspert Vüsal İbrahimlidir.”

Kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çap edilmişdir. Kitabın müəllifi şərqşünas, tədqiqatçı- yazar Əli Rzazadə bundan öncə “Yağış”, “Səmaya qayıdan yazı”, “Sonsuz” romanlarını, Qurani Kərimdə qadın obrazları tədqiqat əsərini və ərəb dilində “Xocalıya Ədalət” adlı kitabını oxuculara təqdim etmişdir. Qeyd edək ki, sözügedən kitabın eksperti tanınmış ekoloq-ekspert Vüsal İbrahimlidir. Vüsal İbrahimli birlik.az saytına kitabın əhəmiyyətinə toxunaraq bildirdi ki, “kitab ekoloji mariflənmə əsasında dini baxımdan mühüm cəhətlərə malikdir. Əli müəllimin bu dəyərli kitabını bu səpkidə ilk kitab kimi qeyd edə bilərik.”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı