CƏMİYYƏT 2020.05.30 11:04

Tanınmışlar Bütün Qafqazın şeyxi, Şeyxülislam Hacı Allahşükür Paşazadə haqda

107

Tanınmışlar Bütün Qafqazın şeyxi, Şeyxülislam Hacı Allahşükür Paşazadə haqda:

Tanınmış yazar-jurnalist, “Unikal” qəzetinin baş redaktoru Zaur Əhməd:

“Şeyxin 20 il öncə verdiyi müsahibəsini oxudum. Məncə, əla müsahibədir. Suallar da yaxşıdır, amma cavablar şedevr. Şeyxin sıradan bir adam olmadığını, dərin intellektə, dünyagörüşünə, intuisiyaya, siyasi bacarığa sahib olduğunu düşünmüşəm. Bəzən suala bir cümlə ilə elə cavab verib ki, adamın, sadəcə, “bravo” deməyi gəlir…

Sual: Sizi ən çox siyasətə müdaxilənizlə suçlayırlar.

Cavab: Mən heç vaxt siyasətə qarışmamışam. Amma elə şeylər var ki, kənardan durub baxmaq olmur. Mən də bu ölkənin vətəndaşıyam. Din dövlətdən ayrı olsa da, vətəndaş vətənindən ayrı deyil. Onun işlərinə müdaxilə eləmək, dövlətçilik ideyasını yaymaq mənim də borcumdur.”

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı:

“Şeyxulislama qarşı belə kampaniyanı pisləyirəm. Fikrimcə, hər hansı ictimai xadimin fəaliyyətini tənqid etmək olar. Amma təhqirə qətiyyən yol vermək olmaz. A.Paşazadə uzun illərdir QMİ-yə rəhbərlik edir. Ölkədə virusla bağlı yaranmış belə gərgin vəziyyətdə insanların bir-birinə qarşı anlayışla yanaşmasının tərəfdarı olduğunu bildirib. Adamın üzünə söz deyə bilmyənlər sosial şəbəkədə arxasınca yazırlar. Onlar klaviatura qəhrəmanlarıdır. Yalan yazanlar, kiminsə arxasında gizlənib bu yola əl atırlar. Tənqid normaldır, amma təhqirə keçirsənsə bu yol verilməzdir. Kim olursa olsun.”

Politoloq Zərdüşt Əlizadə:

“Bu təhqir kampaniyasını aparanlar əvəzində böyük bir qarşıdurmaya rəvac verirlər. Allahşükür Paşazadə ölkədə dini sabitliyin qorunmasında ciddi fəaliyyət göstərir. Xarici qüvvələr uzun illərdir ki, Azərbaycanda məzhəb mübahisələri salmaq və dini münaqişə ocağı yaratmağa cəhd edirlər. Şeyxin bu yöndə olan cəhdlərə qarşı müqaviməti bu qrupları qıcıqlandırır.Mötədil şəxs olan Şeyxulislam müsəlman aləmində tanınan adamdır.”

Xalq şairi Sabir Rüstəmxanlı:

“Zaman–zaman Azərbaycanın tanınmış şəxsiyyətlərinə qarşı belə hucum dalğasının şahidi oluruq. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə qarşı bu iftirlar da təsadüfi deyil. Bu gözdənsalma kampaniyası elə belə təsadüfi deyil. Hörmətli Şeyximizə qarşı bu məsələ də sanki hardansa idarə olunur. Ləyaqətsiz adamlar Şeyxulislamı dünyanın dini icmaları arasında nufuzuna kölgə salmaq üçün onun haqqında belə iftiralar yayırlar.

Şeyxulislam Allahşükür Paşazadə dünya dini xadimləri arasında böyük nufuzu olan, xüsüsən islam aləmində məzhəb ayrı -seçkilyini aradan qaldırmağa çalışan, islamın bütövlüyünün güzgü olmasına çalışan, islam aləmində nufuzu olan şəxsiyyətdir. Mən Milli Məclisdə islam ölkələrinin Parlament Assambleyasının üzvü olmuşam. Orada Şeyxə necə böyük hörmət göstərildiyinin şahidi olmuşam.
QMİ sədri ölkənin, xalqın çətin günlərində onunla bir sırada olan ictimai xadim olub. Ağsaqqal statusunda olan A.Paşazadə dövlətimizin mənafeyini hər şeydən uca tutan şəxsdir.

Bu baxımdan Şeyxulislam çox müdrik, ölkənin taleyini düşünən, ayrıseçkiliyə qarşı olan, öz nufuzundan istifadə edərək dövlət haqqında xoş münasibətlər yaratmağa çalışan insandır. Ona belə ləkələr yapışmaz. Şeyxin qədrini bilmək lazımdır. Belə adamlar din aləmində az-az olur.”

Tanınmış, nüfuzlu jurnalist Qulu Məhərrəmli:

“Şeyxulislam Azərbaycanda cəmiyyətin dini düşüncəsi olan inanclı insanların hörmət etdiyi, rəğbət bəslədiyi şəxsdir. Şeyx mənim üçün 20 yanvar 1990-cı ilə bu millətin müqavimət ruhunu ifadə edən adamdır. Nöqsanlar hər yerdə, hamıda var. İnsanı normal tənqid etmək olar. Amma bunu xüsusi missiyaya çevirmək, cəmiyyəti parçalamağa çalışmaq əxlaqsızlıqdır. Vaxtilə Şeyxulislama qəzetlər hucum edirdi, zaman-zaman anlaşılmlazlıqlar da yaranırdı. Hesab edirəm ki, istər dini, sosial, istər etnik zəmində bu cür qarşıdurmaların yaratmaq cəhdi təhlükəlidir. Sağlam düşüncə ilə bu təhlükəyə qalib gələ bilərik.

Mənbə: Birlik.az saytı və Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəsmi feysbuk səhifəsi, Vüsal Hətəmovun feysbuk səhifəsi

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı