Bu fotoların hər biri məhz baxışlara həsr olunub. Şəkillər insanda qorxu, heyrət yaradır, təəccübləndirir, heyran edir. Onlara sadəcə biganə qalmaq mümkün deyil.
Sülh: Şəkildəki naməlum amerikalı əsgərdir. Kadr 18 iyun, 1963-cü ildə Cənubi Vyetnamda çəkilib.
Təəccüb: Harold Whittless anadagəlmə kardır. Bu fotoda o, apparat vasitəsilə ilk dəfə eşidir.
Dəlilik: Şəkildəki əsgər idarə edilə bilməyən panika, ağlın, yuxunun, danışmaq bacarığının itirilməsi kimi hallarla müşayiət olunan psixoloji travma almışdır. Şəkil 1916-cı ildə, Kurselett döyüşü zamanı çəkilmişdir.
Məğlubiyyət: Fotoda Stalinqrad döyüşündən sonra əsir düşən alman əsgəri təsvir edilib.
Yorğunluq: Kadr 1945-ci ildə Limburqda çəkilmişdi. Fotoda alman konslagerindən azad olunmuş amerikalı əsgər təsvir edilib.
Qorxu: Fotodakı 15 yaşlı alman əsgəri Hans Georg Henkedir. Valideynləri vəfat edəndən sonra o, acından ölməmək üçün əsgər olmuşdur. 3 aprel 1945-ci ildə amerikalı əsgərlər onu əsir alanda oğlan ağlamağa başlayır.
Cəsarət: Şəkildəki Bibi Ayşidir. Taliban döyüşçüsü olan əri döyülmələrə tab gətirməyərək qaçmağa çalışanda onu cəzalandırmışdır. Humanitar təşkilatların nümayəndələri qıza kömək göstərmişdilər.
Məsumluq: Şəkildəki uşağın sapfir rəngli gözləri var. Fotonun Vanessa Bristow həddindən artıq fotoşop istifadə etməkdə günahlandırılmışdır. Sonra Vanessa bu uşağın digər fotolarını yayımlayaraq şübhələri üzərindən qaldırmışdır.
