ƏSAS SƏHİFƏ

“Tarixi hekayə” müsabiqəsi

642

“Tarixi hekayə” müsabiqəsi haqqında Ə S A S N A M Ə

1. Ümumi müddəalar

Müsabiqə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının 1905.az portalı tərəfindən keçirilir.
Müsabiqənin məqsədi – yazarlarımızın ölkəmizin tarixi keçmişinə müstəqil müraciəti sayəsində ermənilərin bölgəyə köçürülmələri, azərbaycanlıların məruz qaldıqları soyqırımlar, tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması, soydaşlarımızın əzəli torpaqlarından deportasiya edilmələri, Ermənistanın Azərbaycan təcavüzü mövzularını bir daha qabartmaqdır.

2. Müsabiqənin iştirakçıları

Yaşından asılı olmadan bütün şəxslər müsabiqənin iştirakçısı ola bilərlər.

3. Müsabiqənin keçirilmə qaydası

3.1. Müsabiqə 1 noyabr 2014-cü ildən 28 fevral 2015-ci il tarixədək keçiriləcək (hekayələrin baxılması və ekspertizadan keçirilməsi münsiflər heyəti tərəfindən həyata keçiriləcəkdir). Münsiflər heyətinin baxdığı hekayələr 1905.az saytında dərc ediləcəkdir.
3.2. Müsabiqə iki nominasiyada keçirilir:
Hekayə – təxəyyül (elmi-tarixi elementlərlə);
Hekayə – yazarın şahidi olduğu hadisələr
3.3. Hər iştirakçı müsabiqəyə yalnız bir iş təqdim edə bilər.
3.4. Müsabiqədə Azərbaycan dilində yazılmış və indiyə qədər dərc edilməmiş əsərlər iştirak edəcək.
3.5. Tərtibata tələblər:
Mətnlər Times New Roman şrifti ilə, 14 keqldə yığılmalıdır. Sətirlər arası interval 1 və ya 1,5 ola bilər. Hekayələr elektron variantda təqdim olunur. Fayl müəllifin adı və soyadı, “hekayə” qeydi ilə adlandırılır (məsələn, “arif ibrahimov_hekaye”)
Hər bir hekayə aşağıdakılar göstərilməklə göndərilir:
Hekayənin adı,
Müsabiqə iştirakçısının adı, soyadı və atasının adı,
əlaqə telefonu (mobil və ya ev telefonu nömrəsi) və elektron poçt ünvanı,
anadan olduğu tarix (il, ay və gün).
Müsabiqəyə göndərilmiş hekayələrə rəy verilmir.
4. Müsabiqəyə yekun vurulması və qaliblərin mükafatlandırılması
4.1. Müsabiqəyə 2015-ci ilin mart ayında yekun vurulacaq;
4.2. Müsabiqədə qalib (I yer) gəlmiş və mükafata layiq yer tutmuş (II və III yer) hekayələrin müəlliflərinə mükafatlar təqdim olunacaqdır. Əlavə olaraq saytda oxucuların ən çox bəyəndiyi hekayə müəllifi “Oxucu simpatiyası” adlı xüsusi mükafat qazanacaq.
4.3. Müsabiqədə fərqlənmiş hekayələr “1905.az saytının kitabxanası” seriyasından ayrıca kitab kimi buraxılacaqdır.
5. Müsabiqəyə təqdim ediləcək hekayələr [email protected] elektron ünvanına göndərilməlidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı