CƏMİYYƏT 2020.05.23 16:49

Taxıl sahələrində kombayn əvəzinə otbiçənlər işə salınıb

37

Fermerlər Kənd Təsərrüfatı Nazirliyindən kömək gözləyirlər

İsmayıllı rayonunun bir sıra kəndlərində payızlıq buğda sahələrində ot istehsalı məqsədilə biçin aparılır. Buna səbəb taxıl sahələrində buğda bitkisinin bitişinin çox zəif olmasıdır.

Fermerlərin dialoq.info saytına birdirdiyinə görə, artıq bir neçə ildir ki, taxıl sahələrinə ziyanverici qurdlar daraşıb. Bu ziyanvericilər sahələrə səpilən buğda dənələrini yeyir. Arpa dənələri buğdaya nisbətən bərk olduğu üçün bu sahələrə o qədər də çox ziyan vura bilmir. Buna görə də, ziyanvericilər arpa sahələri ilə müqayisədə buğda sahələrinə daha çox ziyan vurur.

Fermerlərin sözlərinə görə, bu il bu hal daha acınacaqlı vəziyyət yaradıb. Sahələrə payızda səpilən buğda dənələrini ziyanvericilər yeyib. Nəticədə sahələrdə buğda əvəzinə alaq otları çıxıb. Buna görə də fermerlər sahələrdə ot biçini aparmaq məcburiyyətində qalıblar.

Həmçinin, deyilir ki, payızda sahələrdə səpin aparılarkən bəzi fermerlər bu ziyanvericilərə qarşı dərmanlama işini görür. Lakin bu proses bütün fermerlər tərəfindən həyata keçirilmir. Ümumilikdə, torpaqda olduğuna və müvafiq dərmanlama işi bütün fermerlər tərəfindən həyata keçirilmədiyi üçün ziyanvericiləri birdəfəlik məhv etmək mümkün olmur. Nəticədə isə ziyanvericilər hər il fermerlərə ziyan vurur.

Fermerlər deyirlər ki, rayon üzrə müvafiq qurumlar mövcud vəziyyət barədə məlumatlı olsa da, bu vaxtadək heç bir tədbir görülməyib. Fermerlər bu işdə Kənd Təsərrüfatı Nazirliyindən kömək gözləyirlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı