CƏMİYYƏT 2020.10.17 16:30

Tbilisi hərbi yüklərin tranziti məsələsinə aydınlıq gətirdi

24

Hərbi məqsədlər üçün mülki və humanitar uçuşlardan istifadə qəbuledilməzdir və qanun pozuntusudur. Azvision.az -ın məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin hava məkanının hərbi yüklərin daşınması üçün istifadə edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə cavab olaraq bildirib.

Qeyd edilib ki, Dağlıq Qarabağdakı qarşıdurma kəskinləşməyə başladıqdan sonra Gürcüstan hərbi yüklərin tranziti üçün hava sahəsini tamamilə bağlayıb və hava məkanı yalnız mülki və humanitar yüklər üçün açıqdır.

XİN bəyan edib ki, Gürcüstan hava məkanında uçuşlar beynəlxalq normalara və ICAO qaydalarına tam uyğundur.

“Gürcüstan hava məkanı ilə uçuşlar həyata keçirən tərəflər Çikaqo Konvensiyasının tələblərinə uyğun mülki uçuşların yerinə yetirilməsində məsuliyyət daşıyırlar. Əgər hansısa pozuntu aşkar edilərsə, Gürcüstan sərt reaksiya göstərəcək, qanun pozuntusuna yol verilmiş tərəf isə beynəlxalq hüquqa uyğun olaraq cavab verəcək”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı