CƏMİYYƏT 2020.10.12 08:30

“Terrorçu ilə danışmırlar, onu məhv edirlər” – Tanınmış aktyor

38

“Ermənilərin belə qudurmağının əsas səbəblərindən biri də tarixboyu cəzasız qalmaları olub. 90-larda o vəhşilikləri törədən adamlar heç bir məsuliyyətə cəlb olunmadan həyatlarını rahat yaşayıb, öz ölkələrində qəhrəman, hətta prezident də oldular. Onlar elədiklərini cəzasını çəkmədilər. Heç kəs onlardan qisas almadı”.

Cebhe.info xəbər verir ki, bu fikirləri tanınmış aktyor Taleh Yüzbəyov səsləndirib.

O bildirib ki, ikinci Dünya müharibəsindən sonra cəzadan qaçan almanları yəhudilər dünyanın ən ucqar yerlərindən belə tapıb, İsrailə gətirə bildilər:

“İllər sonra öz ölkələrində hökm oxudular onlara. Öz ölkələrində asdılar. Kimləri ki gətirmədilər, məhv elədilər. Münhen olimpiadasında terrora məruz qalmış yəhudilərin qisasının alınmağı haqda film də var. Yəhudilər holokostu, onlara qarşı terror törədənləri unutmadı və bağışlamadı. Düz də elədi. Biz də unutmamalıyıq. Biz də cəzalandırmalıyıq. Sadə erməni ilə nə işimiz? Biz insanlıq cinayəti işləmişlərdən qisasımızı almağa borcluyuq. İndi biz Dünyadan ədalət istəyirik. #StopArmenianTerrorism yazıb, başqa ölkələrdən bizə dəstək umuruq. Terroristlərdən atəşkəsə əməl etmələrini gözləyirik. Onlar atəşkəsə heç vaxt əməl eləmədilər”.

Aktyor qeyd edib ki, ermənilər atəşkəs zamanı da postlarımıza atəş açırdılar: “Mən postda qulluq etdiyim vaxtlarda hər gün atırdılar. Atəşkəs vaxtı əsgərlərimiz şəhid olurdu. Ona görə də terroristlə danışmırlar, terroristi məhv edirlər. Dünya bizə dəstək olana qədər evində yatmış dinc əhalimiz yuxuda öldürülür. Özümüz özümüzə çarə qılmalıyıq. Bundan sonra #WeWillStopArmenianTerrorism yazaq artıq.

Biz heç kəsin torpaqlarını işğal etmirik, öz Vətənimiz uğrunda vuruşuruq. Biz öz torpaqlarımıza qayıdırıq. Bizim satıcı Aykanuş, kamaz şoferi Aşotla haqq-hesabımız yoxdur. Biz əlisilahlı əsgərlər, Birinci Qarabağ müharibəsində vəhşiliklər eləmişlərdən haqqımızı alırıq.

Necə deyərlər, “Biz xarı-bülbülün haqqını almağa gəlmişik”. Heç bir erməni faşisti cəzasız qalmasın. Heç bir vəhşilik törətmiş, uşaq öldürmüş, baş kəsmiş, qoca döymüş, əsirə işgəncə vermiş, qız zorlamış erməni cəzasını çəkmədən ölməsin!”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı