İDMAN 2020.11.24 04:30

Teymur Rəcəbov “Skilling Open” turnirində Levon Aronyana qalib gəlib

69

Onlayn şahmat üzrə “Skilling Open” turniri çərçivəsində Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda ermənistanlı Levon Aronyanla qarşılaşıb.

Trend-in məlumatına görə, ağ fiqurlarla oynayan Teymur Rəcəbov prinsipial görüşdə qələbə qazanıb.

Bununla da Azərbaycan qrossmeysteri 7 turdan sonra xal hesabını 3,5-ə çatdırıb.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı