DÜNYA 2020.11.21 05:00

“The Guardian”: “Ağdama on minlərlə azərbaycanlı qayıdacaq”

101

“Nar və xurmanı yığdıq, qalan şeylərə isə ev qarışıq od vuracağıq”. Ağdam rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycana geri verilməsi ilə bağlı xəbər Qərb mətbuatında da öz əksini tapıb.

Bu məsələ ilə bağlı “Agence France-Presse”, “Reuters” kimi agentliklərin yaydığı məlumat bir çox nüfuzlu nəşrlər tərəfindən tirajlanıb.  Agentliyin xəbərini paylaşan “The Guardian” qəzeti isə tüstülənən evin fotosunu da verib. Alt yazıda isə qeyd olunur ki, bu, Azərbaycana qaytarılmalı olan Nor-Karmiravan (?) kəndidir. Bu kənd Ağdam rayonundan kənardadır.

Ancaq bu kənd də ermənilər tərəfindən təhvil verilməlidir. Kənddən çıxmaq zorunda qalan ermənilər oradakı binalara od vururlar. Britaniya nəşri bildirir ki, Ağdama daxil olan Azərbaycan ordusunun zirehli texnika ilə hərəkətini əks etdirən video-görüntülər yayılıb. Eyni zamanda erməni hərbçilərin ərazini tərk etməsi də video-çəkilişlərdə aydın görünür.

Qəzet bildirir ki, üç tərəfli anlaşmaya əsasən noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılmalıdır. Qeyd edilir ki, cümə axşamı Ağdamdakı ermənilər evlərini əhatə edən ağaclardan nar, xurma yığıb, mebelləri yük maşınlarına doldurublar, sonra isə tələsik şəkildə ərazini tərk ediblər. “Sauna, mətbəx tikmək istədik. Ancaq indi hər şeyi sökmək məcburiyyətində qaldıq. İmkan olan hər şeyi özümüzlə aparırıq. Yerdə qalan şeylərə ev də qarışıq od vuracağıq”,-deyə 40 yaşlı elektrik işçisi Qaqik Qriqoryan evini tərk etməmişdən əvvəl “Reuters” agentliyinə bildirib.

Qəzet qeyd edir ki, on minlərlə azərbaycanlının Ağdama dönəcəyi gözlənilir. Xüsusilə vurğulanır ki, Ağdam rayonunun işğalına qədər bu ərazidə 130 min azərbaycanlı yaşayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı