CƏMİYYƏT 2020.11.05 12:48

Tikintiyə icazə verilməsinin ümumi qaydaları dəyişdi

30

Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Milli Məclisin sentyabrın 11-də qəbul etdiyi qanunu imzalayıb.
Dəyişikliyə əsasən, bundan sonra mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabatı həmin axtarış işlərini aparan şəxs işlərin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və müvafiq icra hakimiyyəti orqanına təqdim edəcək.

Bununla yanaşı, tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr də edilib. Əlavələrdə deyilir ki, bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı