CƏMİYYƏT 2020.11.05 15:43

Tonoyanla general arasında əlbəyaxa dava olub

32

Ermənistan ordusunun cəbhədə durumu ağırlaşdıqca və ciddi məğlubiyyətlərə məruz qaldıqca, ölkədə siyasi çəkişmələr daha da kəskinləşir. Dialoq.info Armiya.az-a istinadən xəbər verir ki, hazırkı hökumətlə “Qarabağ klanı” arasında münasibətlər gərginləşib.

Belə ki, bu günlərdə Laçın rayonunda müdafiə naziri David Tonoyanla general Vitali Balasanyan arasında ciddi münaqişə yaşanıb. Nazirin qərargahına gələn V.Balasanyan onu Qarabağda ağır məğlubiyyətə görə ittiham edib. Bundan başqa, general naziri istefa verməyə çağırıb.

Həmçinin, o, Tonoyandan Nikol Paşinyana müraciət edərək özünü müdafiə naziri təyin etməsi barədə fərman imzalamağı tələb edib. Tonoyan isə kobudcasına Balasanyana ordu işlərinə qarışmamağı deyərək, mühafizəçilərə generalın qərargahdan qovulması əmrini verib. Bundan sonra Balasanyanla Tonoyan əlbəyaxa olub. Davaya müdaxilə edən yüksək rütbəli zabitlər Balasanyanı qərargahdan çölə çıxarıb.

Məlumata görə, Tonoyan dərhal Paşinyanla əlaqə saxlayıb və Balasanyana qarşı ən sərt tədbirlərin görülməsini tələb edib. Həmin gün Balasanyan Ermənistanın sabiq prezidenti Robert Koçaryanla da görüşüb. Onlar arasında “Qarabağın xilası” məqsədilə Ermənistanın indiki hökumətini devirmək üçün səyləri birləşdirmək barədə razılıq əldə olunduğu deyilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı