ƏSAS SƏHİFƏ

TQDK Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək

544

Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı (TQDK) 2014-cü il noyabrın 19-da Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcəkdir.

İmtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin idman sarayında, (Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında) keçiriləcəkdir.

Dialoq.info TQDK-nın saytına istinadən xəbər verir ki, sənədlərin qəbulu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən cari ilin sentyabrın 17-dən noyabrın 14-dək aparılmışdır. İmtahanda iştirak etmək üçün 465 namizəd qeydiyyatdan keçmişdir.

İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni 17 və 18 noyabr tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.

İmtahan 3 saat davam edir və nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunur: 80 suаl namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır, 20 suаl isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir .

Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərmir.

Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – müsahibəyə buraxılacaqlar.

İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcəkdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı