ELM VƏ TƏHSİL

TQDK-dan abituriyentlərə daha bir müraciət

569

Tələbə Qəbulu Dövlət Komissiyası (TQDK) tərəfindən sonuncu sınaq imtahanı mayın 3-də keçiriləcək.

TQDK-dan verilən məlumata görə, imtahana yazılış aprel ayının 8-dən başlanacaq.

Həmin imtahan iştirakçılarına yeni (4 nömrəli) test kitabçası təqdim olunacaq. Bu imtahana yazılış aprelin 8-dən etibarən aparılacaq.

Qeyd edək ki, TQDK ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün sınaq imtahanlarına dünəndən başlayıb. İlk sınaq imtahanı ötən gün respublikanın 29 şəhər və rayonunda keçirilib.

TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı