DÜNYA 2021.03.01 09:53

Tramp Baydeni ABŞ-ı müharibələrə cəlb etməkdə ittiham edib

57

ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin administrasiyası ölkəni müxtəlif müharibələrə cəlb edir.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp Orlando şəhərində (Florida ştatı) Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı deyib.

D.Tramp bildirib: “Mən vəzifədə olarkən biz demək olar ki, sonsuz müharibələri dayandırdıq. Əfqanıstanda 19 ildir olan hərbi mövcudluğu demək olar ki, sıfıra endirdik və indi yeni administrasiyanın Əfqanıstana qayıtmaq istədiyini eşidirəm”.

Sabiq prezident qeyd edib ki, ötən il ərzində Əfqanıstanda ABŞ hərbçisi həlak olmayıb: “Mənim hakimiyyətim dövründə Yaxın Şərqdə heç kimin mümkün olacağını düşünmədiyi sülh müqavilələri imzalanıb”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı