DÜNYA 2020.10.12 09:05

Tramp COVID-19-dan sonra özünü fantastik hiss etdiyini bildirib

32

ABŞ prezidenti Donald Tramp yeni növ koronavirusdan sağaldıqdan sonra bu xəstəliyə qarşı immunitetinin yarandığını və özünü yaxşı hiss etdiyini bildirib.

Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp “FOX News” telekanalının efirində deyib.

ABŞ prezidenti bildirib: “Deyəsən artıq immunitetim var, bəlkə də uzunmüddətlidir, bəlkə də qısamüddətli, heç kim bilmir, amma hazırda immunitetim var. Özümü fantastik hiss edirəm, həqiqətən özümü çox yaxşı hiss edirəm”.

Onun sözlərinə görə, Ağ Evin həkimləri onun artıq koronavirus daşıyıcısı olmadığını təsdiqləyiblər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı