DÜNYA 2021.01.28 07:00

Tramp hələ 70-ci illərin sonundan DTK-nın diqqət mərkəzində olub

49

“Donald Tramp hələ 40 il bundan qabaq Rusiya xüsusi xidmət orqanlarının “aktivində” olan perspektivli biznesmen olub.

Böyük Britaniyanın “Daily Mail” qəzetində gedən informasiyaya görə, bununla bağlı araşdırmaçı yazar Kreyq Uingerin kitabında maraqlı faktlar yer alıb.

Həmin kitabda Uinger 1980-90-cı illərdə Rusiyadan gələn milyardlarla dollarların dəfələrlə Donald Trampı iflasdan qurtardığını iddia edib. O iddia edib ki, ABŞ-ın gələcək prezidentinin tikdiyi daşınmaz obyektlər isə əslində rusların çirkli pullarının “yuyulduğu” məkanlar olub.

Kreyq Uingerin kitabı “Amerikan kompromatı: DTK Donald Trampı seks, hakimiyyət tamahı və satqınlığına görə necə yetişdirdi” (American Kompromat, How the KGB Cultivated Donald Trump, and Related Tales of Sex, Greed, Power and Treachery) adlanır. Kreyq Uinger özü jurnalistdir və “Buş evi, Səud evi”, “Tramın evi, Putinin Evi” də daxil olmaqla 6 bestseller (ən çox satılan-red.) kitabın müəllifidir.

a96c4e98-8d5a-4517-aeaa-7b60592f1706.jpg (43 KB)

Onun iddiasına görə, Donald Trampın Rusiya ilə əlaqələri hələ 1976-cı ildə başlayıb. Həmin vaxt gənc iş adamı Nyu-Yorkun varlı bölgələri sayılan Manhettendən Kvinsiyə qədər daşınmaz obyektlər tikmək istəyirmiş. Dəliqanlı biznesmen Nyu-Yorkun 42-ci prospektində yerləşən və uçmaqda olan “Commodore” otelinin yerinə “Grand Hyatt New York” adlı nəhəng mehmanxana tikir. Bu vaxt o, ruslarla ilk kontaktlarını məşhur 5-ci avenüdə (prospekt) yerləşən “Joy-Lud Electronics” mağazasında öz yeni oteli üçü yüzlərlə televizor almaq istəyərkən qurur.

Mağazanın sahiblərindən biri Semyon “Sem” Kislin ukraynalı yəhudi olub. O, ABŞ-a Odessadan köçübmüş və “Joy-Lud” mağazası əslində sovet diplomatlarının, Kommunist partiyasının Siyasi bürosunun üzvləri, habelə iri rütbəli məmurların alver etdiyi məkana çevrilib. Mağazanın ən böyük üstünlüklərindən biri burada elektron avadanlıqların Avropa və SSRİ-dəki sistemə uyğun olması imiş.

Elə həmin vaxtlarda Donald Tramp televizorları kreditlə götürərək, cəmi 30 gün sonra pulu geri qaytarır.
Kreyq Uingerin fikrincə, DTK şöhrətpərəst və ambisiyalarla dolu olan bu adama diqqət yetirir. Onun vasitəsilə ABŞ ərazisinə qaranlıq yollarla pullar axıdılır. Hətta Donald Tramp “Atlantik-Siti”dəki kazinosunda milyardlarla pul itirərək iflasın ərəfəsinə gəldikdə belə şübhəli şəkildə xilas olunur.

Müəllif gələcək milyarder və prezidentin 1977-ci ildə Çexiya vətəndaşı İvana Zelniçkova (İvanka Trampın anası) ilə evliliyini də təsadüf saymır. Onun fikrincə İvana Zelniçkovanın Çexoslovakiyada DTK və yerli gizli polisin ən çox cəmləndiyi sərhəd rayonlarından birində doğularaq böyüməsi diqqət çəkən məqamlardan sayılmalıdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı