DÜNYA 2020.05.03 02:30

Tramp koronavirusun laboratoriyada hazırlandığını açıqladı – “Sübutu öz gözümlə görmüşəm”

52

ABŞ prezidenti Donald Tramp Ağ evdəki videokonfransında koronavirusun Yuhandakı laboratoriyada hazırlanması barədə fikrini bir daha təsdiqləyərək, bu barədə sübutu öz gözləri ilə gördüyünü deyib.

Dialoq.info medicina.az-a istinadən bildirir ki, Tramp Çin hökumətinin ya virusu saxlaya bilmədiyini, ya da bunu etməyə gərək olmadığını düşünüb bilə-bilə yayılmasına şərait yaratdığını bildirib.

Jurnalistin “Yuhandakı instititutun yeni koronavirus mənbəyi olması barədə faktları şəxsən görmüsüzmü”sualına prezident “Bəli, mən onu görmüşəm, görmüşəm” cavabını verib.

“O, çöx böyük səhvə yol verdilər, daha doğrusu bir səhvi başladılar, amma sonra daha bir səhvi etdilər və bunu kimsə qəsdən etdi” – Tramp əlavə edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı