DÜNYA 2020.09.15 22:30

Tramp rəqibini narkotik testindən keçməyə çağırdı

36

ABŞ Prezidenti Donald Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydeni narkotik testindən keçməyə çağırıb.

Unikal.org xəbər verir ki, Tramp bunu Baydenin davranışlarındakı qəribəliklə izah edib:

“Mən də bu testdən keçəcəm. Düşünürəm, o, narkotik testindən keçməlidir. Bayden nəsə qəbul edir. Bir ona baxın”.

Trampın fikrincə Co Bayden seçkiqabağı debatlarda birdən-birə çox özündən əmin şəkildə danışmağa başladı ki, bu da onun üçün xarakterik deyil:

“Fikrimcə, nəsə qəribə hadisə baş verdi. Nə olduğunu deməyəcəyəm, ancaq çoxları inanır ki, nəsə oldu. Belə etmək olmaz”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı