DÜNYA 2020.09.25 03:00

Trampın texnologiya nəhəngləri ilə müharibəsi qlobal biznesin qaydalarını dəyişəcək- PROQNOZ

71

Amerikalı ekspertlər Ağ Ev rəhbərinin ünvanına sərt tənqidlər yağdırdı

ABŞ prezidenti Donald Trampın Çinin texnologiya şirkətləri ilə savaşı qlobal biznesin aparılması qaydalarına dərindən təsir göstərəcək.

Musavat.com xəbər verir ki, AFP agentliyinin məlumatına görə, amerikalı ekspertlər bu müharibənin ən çox yerli şirkətlərə zərər vuracağını və ölkə üçün ciddi mənfi nəticələr doğruacağını bildiriblər.

Qeyd edək ki, hazırda Ağ Evin hədəfində “TikTok”, “WeChat”, “Huawei” kimi Çin markaları var və onlara qarşı milli təhlükəsizliyin təmin olunması adı altında sərt şəkildə mübarizə aparılır.

“Əslində bu inkişaf edən texnologiyalar uğrunda aparılan bir savaşdır. Bu sahədə uğura nail olan ölkə böyük iqtisadi və geopolitik faydaları da qazanacaq”,-deyə ABŞ-Çin Biznes şurasının eksperti Duq Barri bildirib.

Brukinq institunun Texnoloji innovasiyalar mərkəzinin rəhbəri Darrel Uest isə Donald Trampın “TikTok” və digər Çin firmalarına qarşı fəaliyyətinin ABŞ liderinə olan inamı sarsıdacağını söyləyib.

“Bəhs olunan şirkətin zorla ABŞ investorlarına satılması digər ölkələr üçün olduqca pis presedent yaradacaq. Bu həm də amerikan şirkətlərinə qarşı cavab tədbirlərinin alınması prosesini sürətləndirəcək”,-deyə o söyləyib.

Mətbuat Trampı öz dostları və müttəfiqlərinə sərf edən sazişlər bağlamaqla “klan kapitalizmi” prinsiplərinə geri dönməkdə suçlayır. Məsələn, “Oracle” şirkətinin rəhbəri Larri Ellisonun ABŞ prezidentinin yaxın dostu, onun seçkiqabağı kampaniyası üçün əsas ianə toplayıcısı olduğu heç kimə sirr deyil.

Hətta “The Wall Street Journal” kimi Donald Trampı bir çox məsələlərdə müdafiə edən qəzet belə “TikTok”un “Oracle” və “Walmart” firmalarına satılması ehtimalına qarşı kəskin məqalə dərc edib.
“Ola bilər ki, bu saziş Tramp administrasiyasının iddia etdiyi kimi həqiqətən bizim milli təhlükəsizliyimizi müdafiə etsin. Lakin burada “korporativ himayədarlıq” qoxusu gəlir ki, bu da ABŞ hökumətinin avtoriteti və reputasiyasını ciddi şəkildə zədələyir”,-deyə “Business Daily” qəzeti yazıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı