DÜNYA 2020.10.17 18:13

Trampın vədinə rəğmən seçkilərə qədər ABŞ-da koronavirusa qarşı peyvənd hazır olmayacaq

36

“ABŞ prezidenti Donald Trampın dəfələrlə vəd etməsinə rəğmən çətin ki, seçkilərə qədər koronavirus əleyhinə peyvənd hazırlana bilinsin”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə məlumatı “Politico” saytı yayıb.

Qeyd etmək lazımdır ki, prezidentin son ümidlərini bu sahədə ən öndə gedən şirkət, nəhəng “Pfizer” korporasiyasından gələn açıqlama “öldürüb”.

Firma yaxın müddətə dövlət orqanı sayılan Ərzaq qidaları və dərmanlar üzərində sanitar nəzarət üzrə federal idarəyə müvafiq patent üçün müraciət edə bilməyəcəklərini xəbər edib.

“Politico” bu bildirişin qarşıdakı seçkilərlə bağlı keçirilən son rəy sorğulaırnda rəqibi Co Baydendən xeyli geridə qaldığı görünən Donald Tramp üçün məğlubiyyətə bərabər olduğunu vurğulayıb.

“Bu onsuz da baş verməyəcəkdi. Qətiyyən mümkün deyil. Peyvəndlər hansısa seçki siyasətinin yox, yaxşı elmin bir təzahürü olmalıdır”- deyə amerikalı ekspert Lorens Qostin sayta bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı