ƏSAS SƏHİFƏ

TRANSFORMASİYA? Azərbaycan xalçası: ənənələr və müasirlik

840

Muzey turu və müzakirə.

28 fevral

17:00 – Azərbaycan Xalça Muzeyinə bələdçili tur.
18:00 – Nərmin Mahmudova və Zöhrab Salamzadə tərəfindən keçirilən multimedia təqdimatı müzakirələrlə davam edəcək. Moderator: İncəsənət tənqidçisi Əsmər Abdullayeva.

Azərbaycan xalçası Azərbaycan xalqının unikal mədəni irsinin ayrılmaz hissəsidir. Xalça bu gün də öz aktuallığını itirməyib. Yalnız işlək məişət əşyası olmaqla qalmayıb, eyni zamanda qədim şifrlər və simvolların özünəməxsus daşıyıcısı olan xalça müasir incəsənətdə ilham mənbəyinə çevrilib və həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda bəzi müasir rəssamların işlərinin konseptual tərkib hissəsini təşkil etməkdədir. Bir çox istiqamətlərdə fəaliyyət göstərən müasir rəssamlar ilham mənbəyi seçərkən tarixə, fəlsəfəyə, ədəbiyyata, musiqiyə müraciət edir, xalça isə bütün bu anlayışları özündə birləşdirir. Xalça musiqidir, ədəbiyyatdır, fəlsəfədir, tarixdir, ənənələrdir. Müasir rəssamların xalçanı müasir incəsənətin fərqli növlərində təqdim etmək cəhdləri məhz bununla maraqlıdır.

Təşkilatçı:
ALOV – bədii tədbirlər və rezidensiyalar layihəsi
Sponsor:
Robert Boş Fondu
Əməkdaşlıq:
Azərbaycan Xalça Muzeyi
Dəstəkçi:
QHT Labirinti

Giriş sərbəstdir.
Yerlər məhduddur.

__________________________________

5:00 pm – guided tour through the collection of Azerbaijan Carpet Museum.
6:00 pm – multimedia presentation by Narmin Makhmudova and Zohrab Salamzadeh with
followed discussion. Moderation by art critic Asmer Abdullayeva

Azerbaijani carpet is an integral part of the unique cultural heritage of the Azerbaijani people. The carpet has not lost its relevance today. More than just a utilitarian household items, as well as an original carrier of ancient codes and symbols, carpet in contemporary art has been transformed into a source of inspiration and has become a concept is the work of some contemporary artists, both in Azerbaijan and abroad. Contemporary artists of many directions in selecting a source of inspiration turn to history, philosophy, literature, music, and carpet combines all these concepts. Carpet is this music, literature, philosophy, history, tradition. Especially interesting contemporary artists tray to present the carpet in a variety of contemporary art.

Organised by
ALOV – Project of Art Events and Artist’s Residencies
Sponsored by
Robert Bosch Foundation
In cooperation with
Azerbaijan Carpet Museum
Supported by
NGO Labyrinth

Free entrance.
Places are limited.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı