CƏMİYYƏT 2020.10.10 17:05

Tural Gəncəliyev: Bu gün danışıqlar prosesində diktə edən tərəf Azərbaycandır

26

Ermənistanın hərbi cinayətlərinin qarşısını almaq və torpaqlarmızın işğaldan azad edilməsi uğrunda Azərbaycan ordusunun şanlı zəfərləri bir çox müsbət kefiyyətlərmizi üzə çıxardı. Qısa zaman ərzində soydaşlarımız həmrəylik nümayiş etdirərək düşmənə qarşı vahid çəbhədə birləşməyi bacardı. Xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında səfərbər oldu. Bütün dünya hər bir azərbaycanlının bir əsgər olduğunu gördü.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev sentyabrın 27-dən davam edən hərbi əməliyyatların nəticələrini şərh edərkən belə deyib.

T.Gəncəliyev hərbi əməliyyatların davam etdiyi dönəmdə ölkəmizə qarşı diplomatik təzyiqlərdən də danışıb. “Cənab Prezident İlham Əliyev bütün bu təzyiqlərə qarşı gələrək vaxtında atılan diplomatik addımlar və düzgün qurulan xarici siyasət nəticəsində ölkəmizə qarşı təzyiqləri dəf etdi. Bütün bunlar sübut etdi ki, ölkəmizin milli maraqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçün ən ali dəyərdir. Əminliklə deyə bilərəm ki, əməliyyatların davam etdiyi günlərdə Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alındı”.

İcma rəhbəri bildirib ki, bir qədər məsələləri soyuqqanlılıqla təhlil etsək görərik ki, bu cür məqamlarda buraxılan hər hansı səhv hərbi üstünlüklərimizin də əldən getməsinə səbəb ola bilərdi. “Əgər Azərbaycan humanitar atəşkəsə razılaşmasaydı bütün arenalarda Ermənistanın mövqeyini gücləndirmiş olcaqdıq. Təbii ki, humanitar atəşkəs müvəqqətidir. Əgər Ermənistan yenə də əvvəlki siyasətini davam etdirəcəksə işğal olunmuş ərazilərimizdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması qaçılmaz olacaq. Hesab edirəm ki, indiki mərhələdə baza prinsipləri üzərində substantiv danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır”.

Millət vəkilinin sözlərinə görə Ermənistan təkcə hərb meydanında deyil həm də diplomatik cəbhədə məğlubiyyətə uğrayıb. “Ermənistan uzun illər idi ki, danışıqların formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində üçüncü tərəf kimi iştirakına nail olmağa çalışırdı. Amma Azərbaycanın uğurlu hərbi əməliyyatları Ermənistanın bu iddiasının üzərindən birdəfəlik xətt çəkdi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistanın özüdür. Ermənistan hakimiyyəti onlara diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində diktə edən tərəf Azərbaycandır”.

İcma rəhbəri Ermənistan ordusunun itkiləri haqqında da fikirlərini açıqlayıb. Bildirib ki, Ermənistanın 30 il ərzində qurduğu ordu darmadağın edilib. “Aparılan hərbi əməliyyatlar zaman Cəbrayıl və Hadrut rayonları, kəndlərimiz işğaldan azad olundu. Bİr çox strateji yüksəkliklər və yollar nəzarətimiz altına keçdi. Ermənistanın itkiləri təkcə ərzai itgiləri ilə yekunlaşmadı. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Hesab edirəm ki, bundan sonra Ermənistan hələ uzun illər bu itkilərin yerini doldura bilməyəcək”-deyə Tural Gəncəliyev bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı