ƏSAS SƏHİFƏ

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Ankarada mühüm görüşlər keçirir

191

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankarada Türkiyə Respublikası Prezidenti Aparatının sabiq baş katibi, Sakaryanı təmsil edən millət vəkili Mustafa İsen ilə görüşüb.

Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib ki, görüşdə qarşılıqlı əməkdaşlıq çərçivəsində türkdilli xalqların mədəniyyət və irsinin mühafizəsi, təşviq edilməsi ilə bağlı, eyni zamanda bütövlükdə türk dünyasının həmrəyliyi naminə işlərin görülməsinə dair müzakirələr aparılıb. Bu istiqamətdə yaxın aylarda Bakıda, Ankarada, İstanbulda, Sakaryada, eləcə də türkdilli ölkələrin digər şəhərlərində birgə tədbirlərin keçiriləcəyi bildirilib.

Görüş çərçivəsində qeyd edilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Bu baxımdan, İslam dininin türk dünyası sivilizasiyasında oynadığı mühüm rol vurğulanıb, müasir zamanda İslam həmrəyliyinə yönəlmiş müxtəlif işlərin aparılmasının vacibliyinə toxunulub.

AZƏRTAC

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı