CƏMİYYƏT 2020.10.14 10:15

Türk deputatdan Avropaya: Azərbaycanın yanındayıq!

26

Ermənistan Azərbaycanın sadəcə hərbi obyektlərini deyil, Gəncə daxil olmaqla, dinc əhalinin sıx yaşadığı şəhərlərini də hədəf alır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının üzvü, deputat Sena Nur Çelik Avropa Şurası Parlament Assambleyasının iclasında çıxışında deyib.

“Ermənistan dinc sakinləri qətlə yetirərək beynəlxalq insan hüquqlarını və Cenevrə sövdələşməsini kobudcasına pozur. Ermənistanın bu hücumlarını qınayırıq”, – deyə türkiyəli deputat bildirib.

S.Çelik həmçinin 1 milyondan çox azərbaycanlının evlərini tərk etmək məcburiyyətində qaldığını və beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd yanaşdığını qeyd edib.

Deputat Türkiyənin Azərbaycanın yanında olduğunu bir daha xatırladıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı