İQTİSADİYYAT 2021.02.23 13:08

Türk Şurasının energetika nazirləri görüşəcək

31

Fevralın 24-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) energetika nazirlərinin videokonfrans formatında görüşü olacaq.
Azvision.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türk Şurasının baş katibi Bağdad Amreyev, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Nurlan Noqayev, Qırğızıstanın energetika və sənaye naziri Kubanıçbek Turdubayev, Özbəkistanın energetika naziri Əlişir Sultanov və Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyinin enerji siyasəti ürə dövlət naziri Attila Steiner iştirak edəcəklər.

Nazirlər Türk Şurası ölkələri arasında enerji sahəsində əməkdaşlığı müzakirə edəcək, onun inkişaf etdirilməsi, şaxələndirilməsi və enerji əlaqələrinin yaxşılaşdırılması imkanlarını nəzərdən keçirəcəklər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı