RƏSMİ 2019.09.17 14:20

Türkiyə bu silahla Yunanıstanı girov götürdü

129

Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket komplekslərinin ikinci batareyasının qardaş ölkəyə təhvil verilməsi regionda əks-səda doğurub.

Yunan mətbuatı sözügedən hadisəni “Yunanıstan strateji girova çevrildi” başlığı ilə təqdim edib.

Yunanıstanın “ProNyus” xəbər saytı Türkiyə Müdafiə Nazirliyinin S-400-lərin ikinci batareyasını harada yerləşdirəcəyini “Böyük sual” olaraq qiymətləndirib. Nəşr həmçinin S-400 sisteminin qurulacağı yerdən asılı olaraq əhatə edəcəyi əraziləri və dövlətləri də təqdim edib: Egey dənizi, Şərqi Aralıq, Yunanıstan, Bolqarıstan, Kipr adası, Rumıniya, Krım, Rusiyanın bir hissəsi, Gürcüstan, Azərbaycan, Ermənistan, Livan, Suriya, İraq və İran.

S-400 zenit raket komplekslərinin Türkiyə ilə Yunanıstan arasında hərbi balansı necə dəyişdirəcəyi məsələsinə toxunan nəşr yazıb: “Strateji girovluq artıq yalnız bir fərziyyə deyil. Təəssüf ki, baş verən hadisə Yunanıstan üçün son dərəcə ağrılıdır”.

Xəbərdə S-400 sistemlərinin Yunanıstan Hərbi Hava Qüvvələrinin bölgədəki əməliyyat qabiliyyətini olduqca çətinləşdirəcəyi, Türkiyə Hərbi Hava Qüvvələri ilə türk donanmasının əməliyyatlarını isə eyni dərəcədə asanlaşdıracağı qeyd edilib.

“S-400-lərin ikinci batareyasının Kiçik Asiyanın sahillərinə qoyulması Yunanıstan üçün həll edilməsi çox çətin bir tapmacaya çevriləcəkdir”, – nəşr bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı