DÜNYA 2019.08.25 14:32

Türkiyə HHQ İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

69

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində deyilir.

Məlumata əsasən, hava zərbələri nəticəsində 9 PKK terrorçusu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda “Pənçə” (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı