DÜNYA 2020.10.10 10:00

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

35

2020-ci ilin avqustunda Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 166,936 milyon dollar olub ki, bu da ötən ilin iyulu ilə müqayisədə 3,106 milyon dollar çoxdur. Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2020-ci ilin avqustunda Türkiyədən Azərbaycana ixrac 145,102 milyon dollar, Azərbaycandan idxal isə 21,834 milyon dollara bərabər olub.

Statistikaya əsasən, bu ilin yanvar-iyul aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 50,217 milyon dollar artaraq 1,301 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 1,091 milyard dollar, Azərbaycandan idxal isə 210 milyon dollara bərabər olub.

2020-ci ilin yanvar-iyul aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 237,69 milyard dollar təşkil edib.

Türkiyənin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq 102,343 milyard dollar, idxalı 1,2 faiz azalaraq 135,347 milyard dollara bərabər olub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı