CƏMİYYƏT 2020.11.02 16:00

Türkiyə MN-dən Su-25-in vurulmasına reaksiya

34

Qəhrəman Azərbaycan Ordusu ərazilərini işğaldan azad etməyə davam edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Tvitter” səhifəsində paylaşım edilib.

“Qəhrəman Azərbaycan Ordusu ərazilərini işğaldan qurtarmağa davam edərkən, eyni zamanda Ermənistan ordusunun hücumlarını dəf edir. Azərbaycan Ordusu hücuma hazırlaşan Ermənistana məxsus daha bir Su-25 təyyarəsini vurub”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı