DÜNYA 2021.01.22 00:00

Türkiyə və İraq əlaqələri istiləşir

72

Ankaranın yeni İraq siyasətinin kontrları nə olacaq?

Türkiyənin müdafiə naziri Hulusi Akar bu həftənin əvvəlində İraqa iki günlük səfər etdi. İraq müdafiə nazirinin dəvəti ilə baş tutan səfər zamanı əvvəlcə Bağdada gedən Akar, buradakı rəsmi görüşlərdən sonra Quzey İraq Kürd Administrasiyasının mərkəzi Ərbilə gedərək burda müzakirələr aparıb. Bağdadda Akar İraq prezidenti, baş nazir və daxili işlər naziri ilə də görüşüb.

Rəsmi açıqlamada Türkiyə müdafiə nazirinin İraqdakı görüşlərinin əsas mövzusu hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri olaraq göstərilir. Bağdadda iraqlı həmkarı Anad Sadun əl-Cuburi ilə görüşən Akar bildirib ki, hazırda region həssas bir dövrdən keçir, o, ölkəsinin İraqın ərazi bütövlüyü, suverenliyi və inkişafında maraqlıdır. İki ölkə arasında qohumluq bağlarının olduğunu qeyd edən nazir regional təhlükəsizlik mövzuları və hazırda bölgədəki gərginliyə toxunub. Akar Türkiyənin İraqın ərazi bütövlüyünə hörmət etdiyini, ölkənin inkişafı və rifahında maraqlı olduğunu, Ankaranın qonşu ölkələrə qarşı ərazi iddiasının olmadığını bildirib.

Eyni zamanda o, İraqın şimalında möhkəmlənən PKK-nın hər iki ölkənin təhlükəsizliyinə qarşı təhdid olduğunu xatırladaraq iki ölkənin PKK-ya qarşı əməliyyatlarda koordinasiya qurmasının vacibliyini qeyd edib.

Akarın Ərbildə də mövzusu təhlükəsizlik və PKK ilə mübarizə olub. Kürd muxtariyyətinin başçısı Neçrivan Bərzani və baş naziri Məsrur Bərzani, eləcə də muxtariyyətin keçmiş lideri Məsud Bərzani ilə görüşüb. Türkiyə müdafiə naziri İraqda İŞİD-ə qarşı uğurlu mübarizə aparıldığını qeyd edib. Həmçinin PKK təhlükəsini də qeyd edərək bu mövzuda Ərbilə əməkdaşlıq təklif edib.

Akar: Irak ve Erbil ile iş birliği çok önemli… | Rudaw.net

Türkiyə müdafiə nazirinin İraqa səfəri İraq baş naziri Mustafa Kazıminin Türkiyə səfərindən təxminən bir ay sonra baş tutub. Bu isə o deməkdir ki, Kazımının Ankara səfəri zamanı razılaşdırılan bəzi məsələlərlə əlaqədar əlavə müzakirələr ehtiyac yaranıb. Türkiyə və İraq tarixi əlaqələrlə yanaşı coğrafi və regional təhlükəsizlik baxımdan bir-biri ilə sıx bağlı olan ölkələrdir. İraq Yaxın Şərqin ən zəngin neft ölkələrindən biri olaraq Türkiyə ərazisindən neft-qaz ixrac edir, eyni zamanda iki ölkənin ortaq regional təhlükəsizlik qayğıları var. Söhbət kürd separatizmi və ən əsası da PKK təhdididir. Doğrudur. İraq artıq kürdlərə muxtariyyət tanıyıb, lakin 2014-17-ci illərdə baş verənlər göstərdi ki, regionda sabitliyin yox olması və dövlətlərin zəifləməsi kürd separatizmini, o cümlədən İraq kürdlərinin İraq əraziləri hesabına genişlənmək və yeni ərazilərə iddia etmək iştahaları ola bilər. Ərbilin İŞİD təhdidini bəhanə edərək Kərkük də daxil olmaqla İraqın böyük bir hissəsini nəzarətə götürməsi və daha sonra daha geniş İraq ərazilərinə iddia etməsi, nəhayət, 2017-ci il sentyabrın 25-də müstəqillik referendumunu keçirməsi region üçün ciddi təhlükə siqnalı olmuşdu. Həmin vaxt, “kürd təhlükəsi” yaşayan Türkiyə, İran və Bağdad birləşərək Ərbilə qarşı hərbi təzyiq əməliyyatı həyata keçirdilər. Nəticədə kürdlər müstəqillik iddialarından vaz keçməyə və ələ keçirdikləri torpaqlardan çıxmağa məcbur oldular.

Bu mənada regionda təhlükəsizlik, İŞİD kimi terror və müharibələr İraq və Türkiyəni yaxınlaşdırır. Baxmayaraq ki, “ərəb baharı” dövründə Ankara və Bağdad arasında gərginlik düşmənçilik səviyyəsinə yüksəlmişdi. İŞİD-in İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirməsi, İraq ərazisində Türkiyə hərbi bazalarının qurulması və nəhayət, Ankaranın rəsmi Bağdadın düşmən elan etdiyi Mosul valisinə dəstək verməsi münasibətləri ən yüksək həddə gərdi.
Lakin artıq o günlər necə deyərlər, arxada qalıb. Bağdad və Ankara üçün əməkdaşlığın inkişafı və regional təhlükəsizlik mövzuları gündəm olub. Məsələ ondadır ki, İraq uzun illər, xüsusən də Səddam Hüseyndən sonra ABŞ və İran arasında nüfuz müharibəsi meydanı olub. Bu çəkişmə hələ də davam edir. Lakin indi son illərdə Türkiyə regional oyunçu kimi meydana çıxıb və belə bir oyunçunun özünün cənub-şərq qonşusu ilə əlaqələrini yüksəltməsi ehtiyacı duyur. Söhbət həm də regional təhlükəsizlik və enerji maraqlarından gedir. İraq Türkiyənin enerji təminatında ciddi rol oynaya bilər.

Hulusi Akar, resmi ziyaret için Irak’ta | ONHaber.Net – Son Dakika Haberler

İkinci tərəfdən, Türkiyə ABŞ və İranın İraq uğurunda davasına qarışmadan İraqda nüfuzunu gücləndirə və daha sağlam qonşu və müttəfiq kimi çıxış edə bilər. Nəhayət, PKK və kürd separatizmi təhlükəsi Ankaranı Bağdadla yaxınlaşmağa vadar edən əsas səbəblərdən biridir.

Yeri gəlmişkən, dekabrın ikini ongünlüyündə Ankara səfərindən geri dönən baş nazir Mustafa əl-Kazımi bildirib ki, Türkiyə hakimiyyəti Küveyt konfransında götürdüyü öhdəliyə əməl etmək, İraqın yenidən qurulması üçün 5 milyard dollar yardım etməyə hazırdır.

Təbii ki, Türkiyə üçün İraqla yaxınlaşmanın birinci pilləsi PKK-ya qarşı mübarizədir. Çünki 2015-ci ildən Türkiyə öz ərazisində PKK-ya qarşı əməliyyatlara başlayıb və sonrakı ildə isə Suriya ərazisində PKK qruplarına ciddi zərbələr vurulub. İndi isə Ankara PKK-nın “sonuncu sığınacağı” olan İraqda onu məhv etməyə çalışır.

Bu səbəbdən də İraqa ilk gedən müdafiə naziri Akar oldu. Çünki İraqla Türkiyə hökumətlərinin yaxınlaşması regionda təhlükəsizlik və sabitlik üçün mühüm addımlardan biri ola bilər.

Yeri gəlmişkən, artıq bu istiqamətdə ilk işartılar da var. Ötən günlərdə İraq təhlükəsizlik qüvvələri Mosulun qərbində Şenqal rayonunda 4 PKK üzvünü həbs edib. Ötən ilin payızında Bağdad və Ərbil arasında əldə olunan razılaşmaya əsasən Şenqal rayonunda təhlükəsizlik məsələlərinə Bağdada tabe qüvvələr nəzarət edəcək. Türkiyə hakimiyyəti isə PKK-nın son illərdə xeyli möhkəmləndiyi Şenqal və Qəndil rayonlarından çıxarılmasına çalışır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı