DÜNYA 2020.02.29 05:09

Türkiyə valyutası dəyər itirir

75

Türkiyə ətrafında baş verənlər ölkə valyutasına yalnız zərər vurur.

Koronavirusun coğrafiyasının genişlənməsi, İdlibdə Rusiya ilə müharibə şəraitinin yaranması, suriyalı miqrantların Avropa sərhədlərinə doğru yönəlməsi birjalarda sözünü deyir.

Lirə dayanmadan dəyər itirir. Gün ərzində qardaş ölkədə dolların məzənnəsi 6,25 səviyyəsinə qədər yüksəlib. Başqa valyutalara münasibətdə də lirə güc itirib. Axırıncı dəfə 2018-ci ilin sentyabrında lirə belə gücsüz təsir bağışlamışdı. Mütəxəssislər Türkiyə valyutasının geriləməkdə davam edəcəyini düşünür.

Rusiyada da oxşar hadisələr baş verir. Rubl Qərb valyutalarına nisbətən zəifləyir. Rus pulu müəyyən fasilədən sonra dollara nisbətən 66 psixoloji həddini keçib.

Bizimyol.info

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı