DÜNYA 2020.10.10 07:52

Türkiyədə koronavirusdan sağalanların sayı 291 754 nəfərə çatıb

33

Türkiyədə son 24 saat ərzində daha 55 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 722 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 629 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 332 382 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 402 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 291 754 nəfər təşkil edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı