DÜNYA 2020.10.11 09:50

Türkiyədə koronavirusdan sağalanların sayı 293 145 nəfərə çatıb

24

Türkiyədə son 24 saat ərzində daha 56 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 778 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 649 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 334 031 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 391 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 293 145 nəfər təşkil edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı