DÜNYA 2021.01.20 03:00

Türkiyədə son sutkada koronavirusdan 7 218 nəfər sağalıb

72

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 167 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 24 328 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 818 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 399 781 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 7 218 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 277 987 nəfər təşkil edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı