ƏSAS SƏHİFƏ 2020.02.24 12:46

Türkiyədəki zəlzələdə ölənlərin sayı 50-yə çatdı

69

Türkiyənin şərqində Van bölgəsində baş vermiş zəlzələdə ölənlərin sayı 50-yə yüksəlib.

“RİA Novosti”-nin verdiyi xəbərə görə, bunu Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Qoca deyib.

“Van bölgəsində Başkalda zəlzələdən zərər çəkənlərin hamısına lazımi tibbi yardım göstərilib. Ehtiyac olunan xəstələr üzərində cərrahi əməliyyat edilib. İki xəstə hazırda reanimasiyadadır”, nazir bildirib.

Qeyd edək ki, daha əvvəl İran və Türkiyə arasındakı sərhəd bölgədə 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İranın Təbriz şəhərindən 141 kilometr qərbdə və Türkiyənin Özalp şəhərindən 71 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə olub.

İranda baş verən zəlzələ nəticəsində 75 nəfərin yaralandığı bildirilir.

APA

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı