KRİMİNAL 2019.09.07 10:17

Türkiyədən Bakıya gələn sərnişin avtobusu qəzaya düşüb, ölən və yaralananlar var -Yenilənib

151

Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub.  

Səhiyyə Nazirliyindən verilən məlumata görə, təcili tibbi yardıma çağırış gecə saat 04.04-də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.  

Səhər saat 08:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.

*****

08:26

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.hadisə Bakı-Qazax avtomobil magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alın

Belə ki, Türkiyədən Bakıya gələn sərnişin avtobusu hərəkədə olarkən arxadan “SHACMAN” markalı yük maşınına çırpılıb. Qəza zamanı avtobusda olan sərnişinlərdən bir nəfəri ölüb.

Çoxlu sayda yaralılar var. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Apa.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı