DÜNYA 2020.05.01 15:35

Türkiyədən Qazaxıstana cavab: Qəbul etmədiniz

38

Qazaxıstan vətəndaşlarının Türkiyədən evakuasiyası üçün bütün qurumlar lazımi şərait yaradıb.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Qazaxıstan tərəfinin iddialarına cavabında deyib.

O bu barədə Qazaxıstanın aidiyyatı qurumlarının da məlumatlı olduğunu deyib:

“Qazaxıstanın Türkiyədəki səfirliyi Türk Hava Yollarından (THY) vətəndaşlarını ölkəsinə aparmağını istəyib. THY isə Türkiyə vətəndaşlarının ödədiyi bilet qiymətinə Qazaxıstan vətəndaşlarını apara biləcəyini səfirliyə bildirib. Səfirlik bununla razılaşmayıb və Qazaxıstandan təyyarə gələcəyini deyib. Onlar Türkiyənin təklifini qəbul etməyiblər”.

Qeyd edək ki, Qazaxıstan Xarici İşlər Nazirliyi Türk Hava Yollarının 24 aprel tarixli uçuşuna Qazaxıstan vətəndaşlarının qəbul edilmədiyini demişdi.

axar.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı