ƏSAS SƏHİFƏ

Türkiyəli qonaq GGYMT-nin ofisini ziyarət etdi

452

Türkiyənin Yurtdışı Türklər və Akraba Topluluklar Başqanı Qüdrət Bülbül və bərabərindəki heyət 26 mart 2015-ci il tarixdə Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının Qardabanidəki mərkəzi ofisində  qonaq oldu.

Q.Bülbül və heyəti konfrans zalında təşkilatın rəhbər şəxsləri, gənclər və ziyalılarıyla görüşdü. İlk öncə Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev təşkilatın fəaliyyəti haqqında qonaqlara məlumat verdikdən sonra Q.Bülbülə söz verildi. Qonaq öz çıxışında Yurtdışı Türklər və Akraba Topluluklar Başqanlığının fəaliyyətləri haqqında məlumat verdi. Daha sonra sualları cavablandıran qonaq görüşdən razı qaldığını dilə gətirdi. Tədbirin sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim edildi.

 

20150326_205229

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı