CƏMİYYƏT 2020.09.17 16:37

TURKPA videokonfrans keçirdi – Koronavirusla mübarizə müzakirə olundu

22

Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA) üzv parlamentlərinin Səhiyyə məsələləri üzrə komitə rəhbərlərinin “COVİD-19 pandemiyası: təsiri və gələcəyə baxış” mövzusunda videokonfrans formatında onlayn iclası keçirilib.

Unikal.org xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan parlamentlərinin Səhiyyə məsələləri üzrə komitələrinin rəhbərləri və üzvləri, habelə, TÜRKPA Katibliyinin nümayəndələri tədbirdə iştirak edib. Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komitəsinin sədri Recep Akdağ iclasa moderatorluq edib.

Açılış mərasimində qeyd olunan komitələrin rəhbərləri, eləcə də TÜRKPA Baş katibi Altınbek Mamayusupov və Qırğızıstan Respublikasının Səhiyyə Nazirinin müavini Nurbolot Usenbayev çıxış edib. Açılış mərasimindən sonra komitələrin üzvləri əsas mövzu üzrə çıxış edib.

İclasda ölkəmizi Milli Məclisinin Səhiyyə Komitəsinin sədri və TÜRKPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri, akademik Əhliman Əmiraslanov təmsil edərək Azərbaycanda koronavirusla mübarizədə görülən işlər və əldə edilən uğurlar haqqında iclas iştirakçılarına məlumat verib.

İclas zamanı iştirakçılar qlobal COVID-19 pandemiyasının üzv ölkələrə, xüsusən də səhiyyə sektoruna təsirini müzakirə edərək, öz ölkələrində həyata keçirilmiş mübarizə tədbirləri barədə məlumat verdi. Bununla yanaşı müvafiq istiqamətdə gələcək əməkdaşlığın prioritet sahələri, metod və mexanizmlərinə dair fikir mübadiləsi aparıldı.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı