ƏSAS SƏHİFƏ

Uğur Nərdivanı-İlk 4 Pillə

708

Müasir Gənclər Klubu təqdim edir!
Universal Language Center-in baş sponsorluğu ilə Müasir Gənclər Klubunun “Uğur Nərdivan” layihəsinin ilk “4 Pilləsi” Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda həyata keçəcək.
Layihədə iştirak üçün qeydiyyatdan yalnız Müasir Gənclər Klubunun üzvləri və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri keçə bilər.

1-ci pillə: Rəvan Soltanov – “Özünü dərk et”
İnternational Business Services şirkətinin qurucusu və rəhbəri Moskva şəhərində təhsil almış uzun müddətdir Azərbaycanda şəxsi inkişaf,motivasiya üzrə təlimlər keçir.

2-ci pillə: Təhminə Çələbi – “Uğura gedən yol”
Kütləvi informasiya vasitələri işçilərinin Həmkarlar İttifaqı tərəfindən keçirilən rəy sorğusuna əsasən “İlin psixoloqu” adına layiq görülüb. Bakı Freyd klubunun rəhbəri Psixoterapiya liqasının Bakı ofisinin baş psixoloqu və psixoterapevtidir.

3-cü pillə: Xudaverdi Məmmədov – “Həyata gülümsə”
Mersin universitetinin psixologiya fakültəsini bitirib. Psixi sağlamlıq mərkəzi və Medistyle klinikasında psixoterapevt,psixoloq kimi çalışır. Xəzər universitetində Psixologiya fənnini tədris edir.

4-cü pillə: Ənvər Həsənov – Ata Holding, Nurgun Holding Gəmiqaya Holding, Sirab, Avis Tibbi Marketlər Şəbəkəsi və s. kimi aparıcı şirkətlərdə satış üzrə işçi heyətinə peşəkar təlimlər keçmişdir. 16 illik praktikasında satışın idarə edilməsi üzrə, son dörd ildə isə “Peşəkar satış” və “Satışın idarə edilməsi” üzrə təlimçilik fəaliyyəti var.

Qeydiyyat: http://goo.gl/forms/jRGoKjDLbk
Vaxt: 17 oktyabr saat 12:30
Daha ətraflı məlumat üçün:
+994 12 5663343;
+994 50 8775768;

Elektron ünvan: [email protected]

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı